Gülən varmı

Vikimənbə saytından
Gülən varmı
Müəllif: Şeydayi
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Ey yaranlar, musurmanlar
Yığlamayıb gülən varmı?
Yalançı, fani dünyada
Gedən qaydıb gələn varmı?

Fələk, kimləri şad etdin?
Kimi qəmdən azad etdin?
Bir neçələrai mat etdin,
Səndən razı olan varmı?

Kimsə vəfa toxmun ekər,
Kimsə əcəl zəhmin çekər,
Kimi qəmdən azad edər,
Saralmayıb solan varmı?

Bu dünya iki fəraqdır,
Biri qara, biri ağdır,
Mənzil iki, yol iraqdır,
Onun fıkrin qılan varmı?

Şeydayi der. gelər, keçer,
Bü güzara qonan köçər,
İgidlik çırağı keçər,
Bu sözümdə yalan varmı?