Məzmuna keç

Gül çağı hər gülgə bir bülbül coşub dastan düzüb

Vikimənbə saytından
Gül çağı hər gülgə bir bülbül coşub dastan düzüb
Müəllif: Əlişir Nəvai
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Gül çağı hər gülgə bir bülbül coşub dastan düzüb,
Tazə qanlı dağ ila könlüm quşu əfqan düzüb.
Mən bir ağ gül həsrətindən sübh açılmış gül kimi,
On ləçək, on beş ləçək hey dişləyib camm üzüb.
Hicrin ahı ruhumu həm endirir, həm qaldınr,
Yel qopur, tufan gəlir, qönçəm küsür, ağzın büzüb.
Mən zəifəm, mən yıxıldım, ayağın öpməkdəyəm,
Sərv tək qarşımda qəddinin xəyalın durğuzub.
Sən dirildib öldürürsən gündə yüz yol bülbülü,
Ey tikanə yandaşan' gül, kim sənin əhdin pozub?
Dəhr pirinin əlindən istərəm mey xıltı mən,
Razıyam xıltı içim, zahid ridasından süzüb.
Ey Nəvai, ömr ötür yel tək... darıxma, şad yaşa!
Yelə yetməkmi olar? Yellər önündə kim dözüb?