Gül budanmış dal-dal olmuş
Görünüş
Gül budanmış dal-dal olmuş Müəllif: Öksüz Aşıq |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Gül budanmış dal-dal olmuş
Bənövşəsi yol-yol olmuş,
Siyah zülfun tel-tel olmuş
Biz bu yerlərdən gedəli
Qürbət ellərə düşəli.
Gül bənövşəyə qanşmış
Küskün olanlar banşmış
Tazə fidanlar erişmiş
Biz bu yerlərdən gedəli
Qürbət ellərə düşəli.
Öksüz Aşıq der bu sözü
Haqqa çevrilmişdir üzü
Öldü zənn etdilər bizi
Biz bu yerlərdən gedəli
Qürbət ellərə düşəli.