Gül cəmalından, gözüm nuru, dəmadəm feyz alır

Vikimənbə saytından
Gül cəmalından, gözüm nuru, dəmadəm feyz alır
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 34-35

Göz cəmalından, gözüm nuru, dəmadəm feyz alar,
Şəmsi-rəhmətsən, sənin nurundan aləm feyz alar,
Cənnəti-hüsnün tamaşasından Adəm feyz alar,
Pak ənfasından İsa ibn Məryəm feyz alar,
Nuru-safından sənin xəllaqi-əzəm feyz alar.

Ey yaranmışlardan əfzəl, ey Rəsuli-möhtərəm,
İsmi-pakın zikr edər cümlə təbiət dəmbədəm,
O mübarək gün ki, dəhrə lütf edib qoydun qədəm,
Bir cəmal etdi sənə xəllaqi-dəryadil kərəm,
Daşa təsir eylədi feyzi-nigahın, ey sənəm.
Göz cəmalından, gözüm nuru, dəmadəm feyz alar.

Nura qərq oldu üzün nurundan ərzi-asiman,
Yetdi göftari-həyatbəxşin ilə ənvatə can,
Sən şəfiəl-müzribinsən, ey Nəbiyyi-mehriban,
Ey səadət ciləvsi, ey afitabi-cavidabn,
Şəmsi-rəhmətsən sənin nurundan aləm feyz alar.

Nuridən təxmir qılmış süni-aləm tinətin,
Sən nə gülsən ki, behişt əhli çəkərlər həsrətin,
Səfbəsəf huravu qılmanlar qılarlar xidmətin,
Çeşmeyi-kövsər ləbindir, nəxli-tuba qamətin,
Cənnəti-hüsnün tamaşasından Adəm feyz alar.

Dəyməmiş cəddin Xəlilullahə Nəmrudun közü,
Möcüzi-Xizri ləbindir abi-heyvan möcüzü,
Səndən almışdır nicat peyğəmbəri-Yunis özü,
Vadeyi-sinada nurun gördü Musanın gözü,
Pak ənfasından İsa ibn Məryəm feyz alar.

Ey vüqari-fəxri-ərş, payi-şərifi izzi-xak,
Ey edən bəzmi-təqərrübdə ələxsus iştirak,
Ey olan rəşki-cəmalından məlaiklər həlak,
Ey şəbi-Meracdə həmsöhbəti-xəllaqi-pak,
Nuri-safından sənin xəllaqi-əzəm feyz alar.