Gül camalm gülə dedi: — Dur, pərdə sal üzündən
Görünüş
| Gül camalm gülə dedi: — Dur, pərdə sal üzündən Müəllif: Nizami Gəncəvi Tərcümə edən: Cəfər Xəndan |
| Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Gül camalın gülə dedi: — Dur, pərdə sal üzündən,
Güllər zünnar bağlamışdır yanağından, üzündən.
Görürəm ki, qan ötmüşdür niqabını qönçənin,
Xəcalətdən bürünüb ki, görməyəsən bəlkə sən.
Qulac-qulac saçlarım açılanda mətai,
Bənövşələr keçmək üçün yük bağladı bilirsən.
O ərğəvan camalını bir işarə etməsi
Yasəməni lal eylədi, süsən qaldı sözündən.
Əgər dava edirsənsə, gülə söylə hökmünü,
Çünki nərgiz xumar olmuş, yuxu yağır gözündən.
Nizamilə çox əlləşdi bülbül etsin rəqabət,
Bu qəzəli eşidəndə susdu, getdi özündən.