Gül yanağun üzrə çün ol sünbüli-sərkəş yatur
Jump to navigation
Jump to search
Gül yanağun üzrə çün ol sünbüli-sərkəş yatur Müəllif: Həbibi |
Mənbə: Həbibi (2006). Şeirlər (az). "Şərq-Qərb". Orijinal mənbədən 2017-04-27 tarixində arxivləşdirilib. Yoxlanılıb 2017-04-27. |
Gül yanağun üzrə çün ol sünbüli-sərkəş yatur,
Cümlə sərkəş dillər ana bağlu xoş-naxoş yatur.
Hərki hüsnin Kəbəsində görsə fəttan eynünü,
Der rəvan mehrab içində bir-iki sərxoş yatur.
Çüstü çapuq bir əcəb oğrudur ol hindu sənün,
Baği-cihandan1 sibü gül-şəftalü verüb xoş yatur.
Qabi-qövseynünlə qəmzən oxuna canü dili
Sinəmiz içində həm qurbanü, həm tirkəş yatur.
Gözümün yaşilə ahim atəşindən yerü gög
Xüşkü tər olmuş, Həbibi, həm quru, həm yaş yatur.