Gülgəz (Aşıq Abbas Tufarqanlı)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Gülgəz Müəllif: Aşıq Abbas Tufarqanlı |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Qurban olum səni çəkən nəqqaşa,
Yetirdin dəstimi damana, Gülgəz!
Qüdrət qələm çalmış o qələm qaşa,
Bənzər əbruların4 kamana, Gülgəz!
Gəl verək əl-ələ, çıxaq bu bağa!
Gül gülə sarmaşır, budaq budağa,
Üz-üzə dayanaq, dodaq-dodağa,
Ağ sinən sinəmə dayana, Gülgəz!
Üzəngini basım, Gülgəzim, atdan!
Sən məni qurtardın alovdan, oddan,
Abbasın sevdiyi, xabi-qəflətdən,
Silkinib çıxasan bu yana, Gülgəz!