Məzmuna keç

Gülgəz indi

Vikimənbə saytından
Gülgəz indi
Müəllif: Abbas Tufarqanlı
bənd boyu hər misrası cinas olan gəraylı
Mənbə: "Aşıq təcnisləri" (şeir antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, 2022.

Atasınnan, anasınnan,
Gül gəzindi, Gül gəzindi.
Atasından, anasından
Gül, gəz, indi, Gül, gəz, indi.

Sən məni ağlama da gör,
Sən məni ağlamada gör,
Sən məni ağlamada gör,
Gülgəz indi, Gülgəz indi.

Yarı ağ libada gördüm,
Yarı ağlı badə gördüm,
Yarı ağlı bada gördüm,
Gülgəz indi, Gülgəz indi.

Bir işdə Abbas dayandı,
Bir işdə Abbas da yandı,
Bir işdə Abbas da yandı,
Gül, gəz indi, gül, gəz indi.