Güllü (Şair Məmmədhüseyn)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Güllü (Şair Məmmədhüseyn) Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
Bər-bəzəkli çıxdın önə,
Sandım səni sona, Güllü.
Nədi, axı fikrin yenə,
Girmisən min dona, Güllü.
Gözlərini süzdürürsən,
Ürəyimi üzdürürsən.
Aşiqini öldürürsən,
Olma səbəb qana, Güllü.
Təkcəsisən bu dağların,
Bu bağçanın, bu bağların.
Bir dünyadır bu çağların,
Qıyam şirin, cana, Güllü.
Tər bənövşə dəstə-dəstə,
Düzmüsən, qız, sinən üstə.
Qulaqlarım qalıb səsdə,
Uça, bizə qona, Güllü.
Bu el-oba, Qoşqar, Kəpəz,
Həsrətinlə yanar, sönməz.
Məmmədhüseyn yoldan dönməz,
Çətin eşqin dana, Güllü.