Məzmuna keç

Güllü (Aşıq Ələsgər)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Güllü (Aşıq Ələsgər)
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq Ələsgər. Əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2004. ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19.

Tovuz kimi qalxdın çeşmə başından,
Cəmi gözəllərin gözəli Güllü!
Almadı yanağın, büllur buxağın,
Dodaqların meyli, məzəli, Güllü!

Qıya baxdın, məni saldın zillətə,
Yusif kimi necə düşdüm qürbətə.
Hicran qəmi məni salıb möhnətə,
Səni gördüm, dərdim azalı, Güllü!

Ələsgər qurbandı, ay boyu minə,
İncidən, mərcandan düzüb köysünə.
Tərsa üzün görsə, tez gələr dinə,
Alim görsə, gedər saz alı, Güllü!