Güllünün

Vikimənbə saytından
Güllünün
Müəllif: Şəmkirli Aşıq Hüseyn
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005 (az). Orijinal mənbədən 2010-09-23 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-06.

Ay həzarat, tərif edin, nə xoşdu çağı Güllünün,
Əmməyə də ləzzət verir zülal dodağı Güllünün,
Süddən ağ, baldan şirin büllur buxağı Güllünün,
Ay kimi şölə verir ayna qabağı Güllünün.

Ağ üzündə, buxağında tamam qoşa xal bəzənib,
Əynində zərdən küləcə, onu üstdən şal bəzənib,
Müxtəsər nəyin deyim, bir xonçalıq mal bəzənib,
Məscidi mehraba dönüb, qaşının tağı Güllünün.

Biçarə Aşıq Söyünün görün necə gəlir səsi,
Danışıban söylətməyə bu gözəli, var həvəsi,
Xəstələrə dərman olub yeni baş verib məməsi,
Aşığınm canm alır süzgün baxmağı Güllünün.