Günüdü (Varxiyanlı Aşıq Məhəmməd)
Görünüş
Günüdü Müəllif: Varxiyanlı Aşıq Məhəmməd |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Qəm-qəsavət bu gün başa vuruldu,
Ağlayalım, ayrılığın günüdü.
Qismətimiz qürbət eldə verildi,
Ağlayalım, ayrılığın günüdü.
Məni kül elədi elin dilləri,
Bundan sonra gözləməyin yolları,
Mən gəzərəm gedib qürbət elləri,
Ağlayalım, ayrılığın günüdü.
Canım ustad, təvəqqeyim sizədi.
Fələyin etdiyi mənə cəzadı,
Bəlkə qismətim var məni gözədi,
Ağla Məmməd, ayrılığın günüdü.