Məzmuna keç

Gün səni gormək ilə cərxdə avarə duşub

Vikimənbə saytından
Gün səni gormək ilə cərxdə avarə duşub
Müəllif: Mirzə Məhəmməd Katib

Gün səni gormək ilə cərxdə avarə duşub,

Sər burohnə o səbəbdən dəru divarə düşüb.

Yerdə ol şuxi gorub, cərxdə baxdım qəmərə,

Deyəsən, parələnib məh, yerə bir parə düşüb.

Vaiza, mən eləmə, zulfunə meyl etsəm əgər,

Bu belə əsrdi, islam işi kuffara düşüb.

Lalə bağrına cəkib dağ görüb gül üzünü,

Xiclətindən qaralıb, daməni-kuhsarə düşüb.

Nisbəti yox sənə ayın ki, onun vəchi budur,

Əksi-ayinə uzundən goyə bir parə düşüb.

Eşq bimarı olan aşiqə cun baxdı təbib,

Qəmzeyi-nərgisi-bimarın ona carə düşüb.

Buyi-zulfun eşidib badi-səbadən nagəh,

Ondan ötrü bu cölə Katibin avarə düşüb.