Gəhi casusə üz tutdum, gəhi dildarə yalvardım
Görünüş
Gəhi casusə üz tutdum, gəhi dildarə yalvardım Müəllif: Əndəlib Qaracadaği |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Gəhi casusə üz tutdum, gəhi dildarə yalvardım,
Bulardan naümid oldum, dönüb əğyarə yalvardım.
Bilirdim çün rəqib etməz əlaci-dərdi-pünhanim,
Əbəs kim, ol xətakarə məni-biçarə yalvardım.
Gəhi büxtanə səndən şikayətlər qılıb, gəhi
Əlimü qadirü həyyi-əlğəffarə yalvardım.
Gəhi bir zahidi-bietibarın minnətin çəkdim,
Gəhi bir sərxoşu hər anda, hər xummarə yalvardım.
Basani-Əndəlib, ey gül, kənari-künci-gülzari
Qənimətlər bilib, hər guşə tutdum xarə yalvardım.