Gələcək O Ədalət bir Zaman
Gələcək O Ədalət bir Zaman! (1994) Müəllif: RAUF CAVAD |
Sevinib, şükür etməli insan!
Kömək istənilərkən tək ondan!
Borcludur hər bir kəs Yaradana,
Can verib yaradıb öz ruhundan!
Yaxşı işlərin tək Sahibi var,
Əmr edib paylaşmağı Yaradan!
Dostluq edir ağıl yaxşılıqla,
Gərəkdir insanda olsun vicdan!
Ol yar, kimsəsizə arxa-dayaq,
Bu haqda yazır müqəddəs quran!
Qıl məhəbbət, səcdə et Sübhana,
Rükuda zəkat verir, din-iman!
Təəccüblə seyr edir mələklər,
Olur xeyirxah kəslərə Heyran!
Bir qızılgüldür gözəl mərifət,
Ətri bürüyər aləmi Reyhan!
Aldanma faydasız istəklərə,
Gəlib keçər, ötər bir gün dövran!
Qalmayıb bu dünya bir kimsəyə,
Bir gün olub dünyada Süleyman!
Könlüm düşüb bir nazlı Dilbərə,
Fikri-zikri qəlbimə yar, Sultan!
Əqlimin şahı-tacıdı Rauf
Gələcək O Ədalət bir Zaman!
...Müəllif:Rauf Cavad