Gəl, artıq
Gəl, artıq (XIII əsr) Müəllif: Mövlana Cəlaləddin Rumi |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Nə ağlım qaldı mənim, ne dinim,
Nə qəranm qaldı mənim, nə sebrim gəl, nə olar, gəl, artıq.
Nə könlümün dərdin sor mənə,
Nə saralan üzümü sor mənə,
Nə içimin atəşini sor mənə, gəl gözünlə gör, gəl, artıq
Bir vaxtlar bir aynaydım,
Üzündən izlər toplamadaydım,
İndi bürüşdüm, indi saraldım gəl gör məni, gəl, artıq.
Dərə kimi axıram sağa-sola,
Aynlıq hər yanımda pusquda.
Səhər vaxtı yalvararam, yaxaram rüzgarlann hüzurunda, gəl, nə olar, gəl, artıq.
Ey aşiqlər peyğəmbəri, könül atəşində yanmışam mən, boğulmuşam göz yaşında.
Get sor Allahı sevərsen:
Nə tədbir göstərir sevgili?
Nə çarə yazar mənə?
Ey Təbrizli Şəms, dinim eşqdir mənim.
Sənin üzünü gördüm, görəli
Mənim dinim senin üzünde ovunur, ey sevgili.
Gəl, nə olur artıq, gəl.
“Gəl” deməkden qurtar məni.