Gəl, ey Misri-dilim dilbər

Vikimənbə saytından
Gəl, ey Misri-dilim dilbər
Müəllif: Şeyx İbrahim Gülşəni


 
Gəl, ey Misri-dilim dilbər,
Əzizi canımın, cananı dilbər.

Günəş kimi nəzirün yox cahanda,
Mələksima gözəllər canı, dilbər,

Cahanda xublarının təndə rəvanı,
Bilindi səndən imiş canı, dilbər,

Məzəllahki, edəm səndən özgə,
Davasız dərdimə dərmanı, dilbər.

Yunban həsrətündən axıduram,
Gözümdən yaş yerinə qanı, dilbər,

Cahanda Rövşənidən özgə degil,
Bana, ey Gülşəni, sən xanı dilbər.