Gəl, ey dilbər, məni gör kim, necə xoş yanaram sənsiz
Görünüş
Gəl, ey dilbər, məni gör kim, necə xoş yanaram sənsiz Müəllif: İmadəddin Nəsimi |
Gəl, ey dilbər, məni gör kim, necə xoş yanaram sənsiz,
Odundan acı hicranın su oldum, axaram sənsiz.
Xəyalın gəlmiş, ey huri, gözüm qarşısına durmuş,
Fəraqindən yanır bağrım, xəyala baxaram sənsiz.
İki aləmdə məqsudum vüsalinə irişməkdir,
Zəmirim, niyyətim oldur, qaçan fal açaram sənsiz.
Amansız firqətin hər dəm bu viran könlümün şəhrin
Əsasi-rəsmini yıxar, netəkim yaparam sənsiz.
Sulu inculərin şövqi gözümdən axıdar yaşı,
Bu lö’lö mə’dənindən gör nə mərcan saçaram sənsiz.
Gəl, ey məhbubi-ruhani ki, hər dəm boynuma qəmdən
Fəraqin, həsrətin, şövqin ipini taxaram sənsiz.
Nəsimi canını eşqin yolunda eylədi qurban,
Anın adın bu mə’nidən qan ilə yazaram sənsiz.