Məzmuna keç

Gəl, ey dili-bimarimə olan təbib, ölürəm

Vikimənbə saytından
Gəl, ey dili-bimarimə olan təbib, ölürəm
Müəllif: Mirzə Ələsgər Növrəs

Gel, ey dili-bimarimə olan təbib, ölürəm,

Vüsali-bəzmi mənə olmayan nəsib, ölürəm.

Cəmalın ayinəsin dutgilən nəfəs sari,

Ki, gör nə növ ilə hicrində bişəkib, ölürəm.

Xəyali-zulfin ilə cismin-natəvan əriyib,

Məriz edibdi məni ceşmi-dilfirib, ölürəm.

Bərabərimdə bu halimə bir qiyam eylə,

Ki, ruzi-məhşər ola bəlkə ənqərib, ölürəm.

Nə qəmkusar, nə yar, nə bir vəfalı nigar,

Nə bir ənis, nə munis, nə bir həbib, ölürəm.

Bu Növrəsin rəhi-eşqində bilmədin qədrin,

Get, indi zovqi-səfa eyləsin rəqib, ölürəm.