Gəl, mənim Leylam
Naviqasiyaya keçin
Axtarışa keçin
Gəl, mənim Leylam Müəllif: Şifahi xalq ədəbiyyatı |
Gecələr, ay gecələr,
Ay batar, ay gecələr.
Səni görən gözlərim
Nə yatar, nə dincələr.
Gəl-gəl, gəl-gəl, gəl, mənim Leylam,
Gözlərinə olmuşam heyran.
Səyyada bax, səyyada,
Torun qurmuş qayada.
Toruna tərlan düşüb,
Kimsəsi yox oyada.
ЛОЛ[redaktə]
- Xalq mahnıları. Bakı,2014, səh.52.