Gəl (Molla Tubunisə)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Gəl Müəllif: Molla Tubunisə |
Mənbə: Seyfəddin Qəniyev, 1918-Cİ İL ŞAMAXI SOYQIRIMININ AŞIQ, EL ŞAİRİ, ŞAİR VƏ ALİM ŞƏHİDLƏRİ. "Ozan dünyası" jurnalı, №1(22). 2015. |
Qasid, gedər olsan qürbət ellərə,
Qəzyəli yarımdam xəbər gətir gəl.
Bu naləni izah elə dağlara,
Tapar olsan, əhvalımı yetir gəl.
Deginən, yoldadır sona bülbülün,
Yaqub timsallıdır halı müşgülün,
Gəlin otağında solubdur gülün,
Qubarlı dərdimi zalimə bitir, gəl.
Çatdır ki, üç balan yaman gündədir,
Ağır müsibətim hələ öndədir,
Bəlkə dada çatdı qüdrəti-Qadir,
Qəddim “dal”a dönüb, günüm ötür, gəl.
Gəl apar naməmi Səlim itkinə,
Getdi, Tubnisəni qoydu pis günə,
Haray versin mənim kimi miskinə,
Qoy yazım halımı, beşcə sətir, gəl.