Gəl bu gecə yar ol mənə Mehman

Vikimənbə saytından
Gəl bu gecə yar ol mənə Mehman! (1998)
Müəllif: RAUF CAVAD

Gəl bu gecə yar ol mənə Mehman!
Ölüm qollarında sənə qurban!

Nolar al bu canı ağuşuna,
Xəstə ikən can ol cana dərman!

Nə gözüm, nə könlüm, nə can doymaz,
Hər gün ağrıyar ruh-bədəndə can!

Könül istər Vüsalına çata,
Bərk tut əlimdən buraxma aman!

İzn ver toxunum, Gözəl, ruhuna,
Alışıb yanır ruhum, ey Canan!

Arzum budur, sarılım boynuna,
Ağlayım doyunca könül candan!

Vəfa göstər yar, ölüm qoynunda,
Şəfa ver bu cana ki, pərişan!

Yar, Raufun hal ruhu alışar,
Bir sözə bənddir ki, çağırasan!