Gəl diqqət elə ey qafil bu söhbətə
Gəl diqqət elə ey qafil bu söhbətə! (1996) Müəllif: RAUF CAVAD |
Gəl diqqət elə ey qafil bu söhbətə!
Qulaq as diqqətlə, nəzər et niyyətə!
Düşmən içimizdə, gəl ey qafil oyan!
Dur ayağa, qulaq as ! Bax həqiqətə!
Kordur qafil kimilər zülmə baş əyir!
Düşmən kəsilib kimilər mərifətə!
Olub kim şeytan girib insan cildinə?!
Döndərib kim qəlbini kin-küdurətə?!
Sancır ilan tək insanı nəfsi İblis!
Tökür zəhərin əsəbi xasiyyətə!
Kin tutub Əbləh alır pis intiqamın!
Dəvət edir nəfsi kinli ədavətə!
Çevirib üzün cahil əyri-tərsinə!
Dönüb olub Şeytan çevrilib dəhşətə!
Gözlər çıxıb hədəqədən-mərkəzindən!
Oynayır hiyləgər çəkilir xəlvətə!
Dili yalan-yaltaq danışır gop-palan!
Bənzər dili çürümüş iylənmiş ətə!
Söz olsa acı zəhər dolar kin qəlbə!
Acı-pis söz dönər qəlbdə əziyyətə!
Çəkir zülm-zilləti milət kim əlindən?!
Gəlsin zülm edən zalım hökmdar lənətə?!
Rauf, bu nə qəflət düşüb qəflə xilqət?!
Varmı əlac zibilə düşən millətə?!
...Müəllif:Rauf Cavad