Məzmuna keç

Gəl gör ki, məsciddə, kimə meyxanə əmmadır

Vikimənbə saytından
Gəl gör ki, məsciddə, kimə meyxanə əmmadır! (1996)
Müəllif: RAUF CAVAD

Zahid-Abid yolu müəmmalı, zikr mənadır,
Meyxanədə xalis geyim, aşiqə təqvadır.

Gündə içir qəm şərabi, sərxoş olur Aşiq,
Gəl gör ki, məsciddə, kimə meyxanə əmmadır!

Sevgidə yox qanun, nəfsi vəli-divanədir,
Məşuq gözlər Aşiqini, bu sirr müəmmadır.

Məcnun sevər Leylasını, dəli-divanədir,
Pərvanə istər qovuşa, canani oddadır.

Yanıb kül olar pərvanə, şəmin işığında,
Ahı duyulmaz, yox olar, ruhu alovdadır.

Unutmaz ruh gözlərdə alovlanan sevgini,
Özlər yenə ölə-dirilə, qəlbi yaradır.

Qorxmaz ölümdən sevgililər, Əsli Kərəmlər,
Baxar düz ölümə, sevginin gözü qaradır.

Düşüb əldən ayağdan dərd səhradə əvarə,
Axtarır ünvanı görəsən fikri haradır.

Süz saqi badələrə, içək şirin qədəri,
Bu meyxanədə ölüm-sevgi dərdi bəladır.

Ucalıb göylərə ağ bülbülün ah-naləsi,
Boyanıb al qanə, İlahi bu nə sevdadır.

Yari, vəsf edər şair qəzəli qəmxanədə,
Seyri gülüstan aləmi nur, ərşi-əladır.

Rauf, meyxanələr bu aləmdə viranədir,
Məscidi-minarə bəhanə, sevgi səfadır.