Gəldi əyyami-Məhərrəm, gözlər ağlar, ağlaram

Vikimənbə saytından
Gəldi əyyami-Məhərrəm, gözlər ağlar, ağlaram
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 55

Gəldi əyyami-Məhərrəm, gözlər ağlar, ağlaram,
Həm könüıl qəmdən yanar, həm gözlər ağlar, ağlaram.

Mey bəla, məclis bəla, saqi bəla, sağər bəla,
Kərbəla sultanının ətrafın almış hər bəla,
Aşiq üçün hər gün Aşuradı, hər yer Kərbəla,
Kərbəladan kim vurar dəm gözlər ağlar, ağlaram.

Vəhşi xislətdir ox atmaq itrəti-Peyğəmbərə,
Abbasın gül peykərində oxlar açmış pəncərə,
Vay Hüseynim, vay deyər çaylar, dənizlər, dağ, dərə,
Ağlar on səkkiz min aləm, gözlər ağlar, ağlaram.

Sanmayın odlu cəhənnəm atəşindən ağlaram,
Bir behişt üzlü gülə illərdi matəm saxlaram,
Ağ günə çıxmaq üçün ol şahın qarasın bağlaram,
Bilmərəm cənnət, cəhənnəm gözlər ağlar, ağlaram.