Gəldi (Qaracaoğlan)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Gəldi (Qaracaoğlan) Müəllif: Qaracaoğlan |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Ala gözlərini sevdiyim dilbər,
Səni görməyəli görəsim gəldi.
Altın kəmər sıxmış incə belini
Usul boylarını sarasım gəldi.
Kiçiciksən gözəl, etmə bu nazı
Ciyərimə basdın atəşi, közü.
Başına düzmüsən gülü, nərgizi
Üzümü üzünə sürəsim gəldi.
Aladır gözlərin, siyahdır qaşın
Aradım cahanı, bulunmaz eşin.
Yaylanın qarından bəyazdır döşün
Yıxılıb üstünə öləsim gəldi.
Qaracaoğlan der ki: bilirəm səni
Eylədim yolunda qurban bu canı.
Qoynunda bəslənən heyvanı, narı
Çözüb düymələrin dərəsim gəldi.