Məzmuna keç

Gəldi bir şux yenə yanıma göyçək-göyçək

Vikimənbə saytından
Gəldi bir şux yenə yanıma göyçək-göyçək
Müəllif: Əbülqasim Nəbati
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Gəldi bir şux yene yanrnıa göyçək-göyçək,
Vurdu bir tiği-cefa canıma göyçek-göyçək.
Lalə rüxsann edib xuni-dilimdən gülgun,
Boyadı əllərini qanuna göyçək-göyçək.
Parə-parə ciyərim şişə çəkib etdi kabab,
Dikdi göz dideyi-giryanıma göyçək-göyçek.
Heyf kim, olmadı bu aşiqə bir canı yanan,
Deyə bir dərdimi cananıma göyçək-göyçək.
Penah Allaha - deyib, qəhrü qəzəbdən yuma göz,
Edə bir ərzimi sultanıma göyçək-göyçək.
Ta ki, pərvanə kimi şövq ilə bu canı feda
Edib ol şemi-şəbistanıma göyçək-göyçək.
Olu, yareb, görasən bir gecə ol valiyi-
Misr Gəle bu külbeyi-ehzanıma göyçək-göyçek?
Var ümidim ki, qələm ehli cavan oğlandır,
Yazalar bu sözü divanıma göyçək-göyçek.
Qəm yeməz dəxi Nebati kimi ol şahi-cahan,
Basa bir möhrünü fərmanıma göyçek-göyçək.