Məzmuna keç

Gəldim (Şah İsmayıl Xətai)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gəldim
Müəllif: Şah İsmayıl Xətai
Mənbə: Şah İsmayıl Xətayi. Əsərləri. Bakı, “Şərq-Qərb”, 2005. s.344-345.

Bir nəfəscik söyləyəyim,
Dinləməzsən, neyləyəyim?
Eşq dəryasın bоylayayım,
Ümmana dalmağa gəldim.

Eşq xərmənində sоvruldum,
Həm ələndim, həm yоğruldum,
Qazana girdim, qоvruldum,
Meydana yenməgə gəldim.

Mən haqqa оldum aşina,
Qalmadı könlümdə nəsnə,
Pərvanəyəm ataşına,
Şəm’inə yanmağa gəldim.

Şah Xətayidir özümdə,
Heç xilaf yоxdur sözümdə,
Əskiklik kəndi özümdə,
Darına durmağa gəldim.