Gəldim (Əhməd Cavad)
Gəldim Müəllif: Əhməd Cavad |
Yurdum un ördəyi, qazları vardır,
Ətrindən doyulmaz yazları vardır.
Söhbəti çox şirin sazları vardır,
Yarımın çəkilməz nazları vardır.
Mən bu gün gülləri dərməyə gəldim!
Yarımı dəzgahda görməyə gəldim!
Dünyadan qiymətli ölkəmin bağı,
Qızıldan daşları, ipək yaprağı;
Sevgili yurdumun odlu torpağı,
Üstündə yüksələn şanlı bayrağı, -
Mən onun telini hörməyə gəldim!
Yarımı tarlada görməyə gəldim!
Dağların başları güngörməz qardır,
Dağlan aşanlar çox bəxtiyardır.
Göylərdə bu süzən sevgili yardır,
Ən uzaq yerlərdə dostlarım vardır!
Dost olan yerləri bilməyə gəldim,
Hər yerdə göz yaşı silməyə gəldim!
Getdiyim çox nurlu, uğurlu bir yol,
Ordumdan mın bilik topladım bol-bol.
Komandan əmr etdi: “Əsgər, hazır ol!”
Qırmızı arslanlar saydılar sağ-sol!
Mən yeni bir dünya qurmağa gəldim!
Komandan əmr etsə vurmağa gəldim!..