Gəldim (Qurbani)

Vikimənbə saytından
Jump to navigation Jump to search
Disambig.svg Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gəldim
Müəllif: Aşıq Qurbani
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

 
Yar, səni ədalət bildim,
Mən qapna dada gəldim.
Çox çəfa çəkdim yolunda,
Ömür verdim bada, gəldim!

Ləbin içib çeşmim qanı,
Olmuşam cəllad qurbanı,
Qoynundu əttar dükanı,
Nə əcəb bu, dada gəldim!

Qurbanidi mənim adım,
Mövlamdan aldım muradım,
Sinəndi çarşım, bazarım,
Şəkərə, nabata gəldim!