Gəlin, bir-bir halallaşın gedirəm

Vikimənbə saytından
Gəlin, bir-bir halallaşın gedirəm
Müəllif: Dirili Surxay

 Məktəbə cəm olan növrəs cavanlar,
 Gəlin bir-bir halallaşın gedirəm.
 Ey elm öyrənib savad alanlar,
 Gəlin, bir-bir halallaşın gedirəm.
 
 Başa yetməz oldu dərsim, savadım,
 Bərəks etdi çərxi-fələk muradım,
 Surxay idim, əsgər qoyuldu adım,
 Gəlin, bir-bir halallaşın, gedirəm.