Gəlin (Şair Aqil)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gəlin (Şair Aqil)
Müəllif: Şair Aqil
Mənbə: Sazlı-sözlü Göyçə (II kitab) (az). Elm və təhsil (2018). Orijinal mənbədən 2018-06-01 tarixində arxivləşdirilib. Yoxlanılıb 2018-06-01.

Səhər-səhər sərvi boylu,
Oğrun-oğrun baxar gəlin.
Yüz xəyallı, min fikirli,
Bir gün evim yıxar gəlin.

Nazü qəmzən bildirirsən,
Göz yaşımı sildirirsən,
Gündə yüz yol öldürürsən,
Bir yol öldür, qurtar, gəlin!

Aqil vəsfin yazar, doymaz,
Fikirin fikirimə uymaz.
Dövran səni belə qoymaz,
Ahım səni tutar, gəlin!