Gəlin (Şair Aydın)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gəlin (Şair Aydın)
Müəllif: Şair Aydın
Mənbə: Sazlı-sözlü Göyçə (II kitab) (az). Elm və təhsil (2018). Orijinal mənbədən 2018-06-01 tarixində arxivləşdirilib. Yoxlanılıb 2018-06-01.

Gedirdim, yoldan eylədi,
Bir qırmızı tatar gəlin.
Qul eylər, çəkər bazara,
Axır bir gün satar gəlin.

Cavahir seçdim dəryadan,
Məni qəflətdən oyadan,
Sənin kimi ağ mayadam
Düzdürəydim qatar, gəlin.

Aydın gəzər yar yanında,
Qalsın haqqın divanında.
Heç arzu qalmaz canında
Hər kim sənlə yatar, gəlin.