Məzmuna keç

Gəlin (Əndəlib Qaracadaği)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gəlin (Əndəlib Qaracadaği)
Müəllif: Əndəlib Qaracadaği
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Sarbanlarda bir gözələ tuş oldum,
Bənzer bir alıcı şahbazə, gəlin.
Qız-gəlin çox gördüm dünya üzündə,
Yetmədim sənintək mümtazə, gəlin!

Ay üzün görəndə döndüm hilalə,
Rəngim uçdu, düşdüm bir özgə halə.
Ayinə tək seyqəl vurub camalə,
Gül dəstəsi kimi tər-tazə, gəlin!

Baş bağlayıb sürmə çəkibdir gözə,
Ceyran balası tək üz qoyub düzə.
Gər yol azıb təşrif gətirsən bizə,
Başım üstə gəlləm pişvazə, gəlin!

Ey məlahət kanı, həya mədəni,
Kərəm tək oduna yandırdm məni.
Ömür sərf eyləyib tapardım səni,
Allah bəla versin qanmazə, gəlin!

Taqi-əbrulərin mehrabü mənbər,
Bu gülşəni görən Kəbədən dönər,
Qiblə dərgahına hər şamü səhər,
Məlaiklər gələr namaza, ğəlin.

Yıxıbsən evimi qaşü göz ilən,
Yandınbsan kabab bağnm köz ilən,
Mədh eylərəm səni beş bənd söz ilən,
Sallam İrəvanda avazə, ğəlin!

Ağlım qaçıb səni görəndən bəri,
Səhralara düşüb olmuşam dəli,
Payızın axın, qışm əvvəli,
Gətdin Əndəlibi pərvazə, gəlin!