Gəlin (Aşıq Fətulla)

Vikimənbə saytından
Gəlin
Müəllif: Aşıq Fətulla
Mənbə: Yusif Səfərov (2011). Naxçıvan aşıqları və el şairləri (az). Naxçıvan: "Əcəmi" NPB. 2017-10-05 tarixində arxivləşdirilib. 2017-10-05 tarixində istifadə olunub.


Məhəbbətin ürəyimdə,
Gərək deyim sizə, gəlin.
Gəl əlini ver əlimə
Buyur gedək bizə, gəlin.

Eşqə qəmzə, nan tökürsən,
Oıtalığa qan əkirsən,
Naz ilə vəsfə çəkirsən
Qaş altından gözə, gəlin.

Sənsən ariflərin canı,
Sinəndədi gövhər kam,
Fətulla tək aşıq hanı
Bu cəbirə döz, ay gəlin.