Məzmuna keç

Gəlin (Molla Pənah Vaqif)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gəlin
Müəllif: Molla Pənah Vaqif

Xumar gözlərini sevəndən bəri,
Dəxi özgəsinə uymanam, gəlin!
Xoryat ilə belə can-can olmusan,
Məgər ki, mən onu duymanam, gəlin!

Cefridar sürməni çəkibdir gözə,
Havalanıb dəxi endirməz bizə,
Mən ha billəm, qanın qaynar tüksüzə,
Mən tutduğum eldən qoymanam, gəlin!

Başına döndüyüm, sulan yolu,
Gedəndə boş gedər, gələndə dolu.
Məmələrin üstdən çatının zolu, —
Sən qıysan, mən sənə qıymanam, gəlin!

Başına döndüyüm, telli, toqqalı,
Qaşlan canımı haq-nahaq ah,
Ağanbdır, qırxmaq olmaz saqqah
Vallah, üzün üstə qoymanam, gəlin!

Taxtına çıxmanam, taxtın ucadır,
Qoynuna girmənəm, yan gecədir,
Deməginən Molla Pənah qocadır
Səni tamam yesem doymanam, gəlin!

Mənbə

[redaktə]