Gəlin (Varxiyanlı Aşıq Məhəmməd)
Görünüş
Gəlin Müəllif: Varxiyanlı Aşıq Məhəmməd |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Maral kimi bu dağları gəzirsən,
Ceyranın quzusu, sağısan gəlin!
Düşdüm məclisinə tarü-mar oldum,
Bəzəyirsən bu yığnağı sən, gəlin!
Səni görən olur xəstə, zarıncı,
Xalın kimi şölə verməz hər inci,
Sinən üstə yetir narı, turuncu,
Firdövsi-əlanın bağısan, gəlin!
Məhəmmədə qaldı bu daği-həsrət,
Gecəni, gündüzü saətbəsaət,
Öldürürsən öldür, vermə xəcalət,
Həmişə canıma yağısan, gəlin!