Məzmuna keç

Gəlin mehriban olaq

Vikimənbə saytından
Gəlin Mehriban olaq! (1994)
Müəllif: RAUF CAVAD

Həyat abad olacaq!
Hamı şad yaşayacaq!

Mənim adım Hür Yaşar,
Hər zaman mərd yaşayar.
Həqiqəti kim sevər?
Haqq-Ədaləti bilər.
Gəlin Mehriban olaq!

Dünya, hər an fanidir,
Həyat qısa anidir.
Aldanma istəyinə,
İblis şeytan nəfsinə.
Həqiqəti anlayaq!

Hər yan əlvan gül-çiçək,
Ətirlənir söz-ürək.
Qəlblərə dolur istək,
Arzulanır xoş dilək.
Yeni günə başlayaq!

Sevgi böyük silahdır,
Eşqə nifrət günahdır.
Məhəbbət ilk həyatdır,
Rauf şirin sovqatdır.
Gəl, röyadan ayılaq!
...Müəllif:Rauf Cavad