Gəlir (Şair Ağacan)
Görünüş
Gəlir (Şair Ağacan) Müəllif: Şair Ağacan |
Gəlirəm düşməynən xam xiyallara,
Tozlama meydanı pəhlivan gəlir.
Gumbultu sallbdır çöl, biyabana,
Şir kimi nərildər bir aslan gəlir.
Budur gəlir xəsim eləməyə cəng,
Məgər tuş olmamış qarşına pələng.
Morj verir dəryalar, qıjıldar ləhəng,
Dalğalanıb gör ki, bir tufan gəlir.
Yaxşı dinlə bu sözləri dərindən,
Duman getməz Ağacanın sərindən.
Elə bil ki, dağ oynayıb yerindən,
Alıbdlr, başına bir duman gəlir.