Gəlir hər il bahar fəsli
Görünüş
Gəlir hər il bahar fəsli (1993) Müəllif: RAUF CAVAD |
Gəlir hər il bahar fəsli,
Quşlar oxuyur gur səsli.
Xəbər verir, xoş nəzəri,
Yazın səsi, xoş xəbəri.
Gəlir yeni bahar səsi,
Canlanır yerin nəfəsi.
Oyanır gün, Lalə-Nərgiz,
Gül bülbülün nazı əziz.
Həyat sevinir ürəklə,
Hər yan əlvan, gül-çiçəklə.
Coşur damarlarda ilk qan,
Cuşə gəlir bədəndə can.
Təravətlənir söz ürək,
Arzulanır min cür dilək.
Düzülür qəlbə istəklər
Qalxır yerdən göyə mələklər.
Səma qovur buludları,
Boyayır bağ-bağçaları.
Yam-yaşıl rənglənir çəmən,
Gözəl görsənir Yasəmən.
Həyat hər Zaman bir andır,
Dostluq bizə ümid-candır.
Olun siz Mehriban-Rauf,
Etməyin həyata of-uf!