Məzmuna keç

Gəlmədi (Şair Məmmədhüseyn)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gəlmədi (XIX əsr)
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

İki aləmin günəşi,
Şahi-Cahan gəlmədi.
Dolandı kəcirəftar,
Mərdi-meydan gəlmədi.
Mən ki, sənin aşiqinəm,
Tərifin dilimdədi.
Müşkülləri həll eyləyən,
Şahi-Mərdan gəlmədi.

Dünya oldu zimi pərəs,
Heydarı Səftər hanı.
Xeybəri kafi-kuf eyləyən,
Fot edən bərbər hanı.
Düldül, Zülfüqar sahibi,
Ağeyi Qəmbər hanı.
Bir ismi Qəşəmşəmdi,
Şiri-Yazdan gəlmədi.

Gəl biçarə Məmmədhüseyn,
Bəs sənin halın nədi.
Zəlil qoyma din islamı,
Kafərin əlindədi.
Ərşin-gürşün sahibisən,
İxtiyar ki səndədi.
Salsalı məhv eyləyən,
Şahı rəvan gəlmədi.