Gəlmədi (Aşıq Mirzə Bilal)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Gəlmədi Müəllif: Aşıq Mirzə Bilal |
Mənbə: "Mirzə Bilal (1872-1937)" (az.). shahbulaq.az. 07.01.2015. İstifadə tarixi: 2015-05-02. |
Yenə bahar gəldi, növbahar oldu,
Niyə mənim şux baharım gəlmədi?
Hərə xürrəm oldu öz yuvasında,
Gözlərim yoldadı,yarım gəlmədi.
Onunla mənalı keçirdi günüm,
Ürəyim açılmır, de necə, gülüm?
Artıb bülənd olub göylərə ünüm,
Cam sirdaşım, xiridarım gəlmədi.
Fərhad Şirin üçün dağları çapdı,
Sənan yar yolunda qalalar yapdı.
Hamı istəyini aradı, tapdı,
Nədən o xoş rüzigarım gəlmədi?
Aşıq Bilal, göz yaşlarım selləndi,
Muncuq kimi gözlərimdə gülləndi.
Bir aj çəkdim, dilsiz daşlar dilləndi,
Xoş günümdə səbəbkarım gəlmədi.