Məzmuna keç

Gəlmədi (Molla Cümə)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gəlmədi
Müəllif: Molla Cümə
Mənbə: Paşa Əfəndiyev. "Molla Cümə (həyatı və yaradıcılığı)" (PDF) (az.). "Ləman nəşriyyat poliqrafiya". 2017. İstifadə tarixi: 2018-08-31.

Səndən xəbər alım, ey badi-səba,
Dilimin diləyi neçün gəlmədi.
Sarmaşa boynuma, deyəm, mərhəba,
Sərimin çələngi neçün gəlmədi?

Neçə vaxt görmədim dost məhəbbəti,
Versələr, almaram onsuz cənnəti.
Behişt hurisidir yer səltənəti
O ərşin mələyi neçün gəlmədi.

Adını demirəm, İsmi Pünhandı,
Ləblərinin suyu dərdə dərmandı,
Bu Cümə müntəzir xeyli zamandı,
Könül əyləncəyi neçün gəlmədi?