Gəlmədin (Aşıq Hamayıl)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Gəlmədin Müəllif: Aşıq Hamayıl |
Mənbə: Aşıq sənəti / Aşıq poeziyası: Qoşma |
Əmim oğlu, məndən heç utanmadın,
Üç ay keçdi bir yaylağa gəlmədin.
Yüz min cəfa ilə köç eylədim mən,
Ordan endim Ağbulağa, gəlmədin.
Mən səni istərəm hamıdan əziz,
Mən sənin yanında oldum bir kəniz,
Ətri can bəslədim, güllərdən təmiz,
Bülbül olub qoxlamağa gəlmədin.
Varlılar yarıyla çəkdilər ləzzət,
Sən yada düşdükcə, mən çəkdim həsrət,
Niyə belə etdin, ay gədaxislət,
Şamama dərməyə tağa gəlmədin.
Mənim adım Həmayildir, həmaya,
Sinəm bənzər həm ulduza, həm aya,
Mənə vədə verdin “gəlləm bir aya”,
Bağlandın arana, dağa gəlmədin.