Gəlmənəm
Görünüş
Gəlmənəm Müəllif: Aşıq Həsənalı |
Mənbə: Qara Namazov. "Ozan-aşıq sənətinin tarixi" (PDF) (az.). AMEA Folklor İnstitutu. 2013. 2016-04-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11. |
Güllər içrə seçdim süsənbər səni,
Bilirəm özümə bir ənbər səni,
Həsənəm, sevmişəm, Gülənbər, səni,
Düşməgilən kəm xəyala, gəlmənəm.
Başqasına baxıb köks ötürmənəm,
Səndən özgə gözəl mən gətirmənəm,
Ölərəm, mən səndən əl götürmənəm.
Başım düşər qalmaqala, gəlmənəm.
Demirəm qorxuram xanü bəyindən,
Xəyal düşüb qeyri hala, gəlmənəm.
Əyər sən gələsən, yolun gözlərəm,
Üz döndərib, o mahala gəlmənəm.