Gəlməz (Ozan Heydər)

Vikimənbə saytından
Jump to navigation Jump to search
Disambig.svg Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gəlməz (XV əsr)
Müəllif: Ozan Heydər
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Dərd əhlidi mənim pərim,
Sirrin bildirməyə gəlməz.
Gözlərimdən yaşlar axar,
Nədən sildirməyə gəlməz?

Hər nə olub, mənə olub,
Gül başımı xoryad alıb.
Mənim könlüm ağlar qalıb,
Pərim güldürməyə gəlməz.

Heydər deyər olmadım şad,
Dilədim Xudadan imdad.
Haqqı görək qanlı cəllad,
Bir yol öldürməyə gəlməz.