Məzmuna keç

Gəlməzmi

Vikimənbə saytından
Gəlməzmi (XV əsr)
Müəllif: Ozan İbrahim
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Necoldu sultanım, necoldu şahım,
Kərəm gözlədiyim kara gəlməzmi?
Yolu üstə şahm - şonqar, sar qonsa,
Eyləyib birtəhər çara gəlməzmi?

Misli pərvanəyəm yoxdu qərarım,
Çıxıbdı əlimdən dövlətim, varım.
O şəhdi-şəkərim, şahbaz şikarım,
Bizə tərəf bəxti qara gəlməzmi?

Pünhan dərdim pünhan edib ağlaram,
Bu zülümü sinəm üstə saxlaram.
Zəngi çaya dönə-dönə qarğaram,
Ah-naləmdən Zəngi zara gəlməzmi?

Səbri-qərarımı əlimdən alan,
Məni Məcnun edib çöllərə salan,
Miskin vücudumda daim var olan,
Sevgidən qurduğum tora gəlməzmi?

Müştağam o yarın haqqı-sayma,
Sürahi boylumun gül camalma.
İbrahim döşəkcə xaki-payma,
Dönüb Ozanlardan Zara gəlməzmi?