Yahu,Yahu! deyə - deyə,
Bu meydana gəlmişəm.
Agam mənə yol göstərib,
Yol ərkana gəlmişəm.
Qazandıgım el hörməti
Zəhmətimin bəhridir.
İçib eşqin badəsini,
Şirin cana gəlmişəm.
Təriqətdən dərs almışam,
Şəriətdən halıyam.
Adı dil əzbərim, özü təkdi,
Mən mövlamın quluyam.
Şərurdanam, köküm bəlli,
Məqamım var, uluyam.
Qurana baş endirib,
Din - imana gəlmişəm.
Açmışam sinəm, ay bala,
Əyil bax bu güzgüyə.
Aşıx gərək hər məqamda,
Ədəb - ərkan gözdüyə.
Yüz daşına, yüz düşünə,
Mətləbini düz deyə.
Mən ellərə arxalanıb,
Şöhrət – şana gəlmişəm.
Aşıq odur danışanda,
Ağzından nur süzülə.
Sözləri də nizamında,
Muncuq təki düzülə.
Mərd – mərdana məclis qura,
Pisin canı üzülə.
El içinda gəzə - gəzə,
Ətə - qana gəlmişəm.
İnsan olan, dəli olma,
Yola gəl, haqqı tanı!
Qadir Allah lazım bilib,
Xəlq eləyib insanı.
Alan bir gün alacaqdır,
Verdiyi şirin canı.
Yönüm düşüb dağ – dərəyə,
Biyabana gəlmişəm!
Bu dağların zirvələri,
Buludlara ucalıb.
Aşıq Qurban bu ellərdə,
Yaradandan güc alıb.
Götür qələm, vur kitaba,
Sözləri məndə qalıb.
Köhnə yaram sızıldayır,
Ox - kamana gəlmişəm.
Ümmanlara baş endirmək,
Dəryanın qaydasıdı.
Qəribə paşa demişəm,
Yetimlər atasıdı.
Can istəsən əsirgəməz,
Bu elin qalasıdı.
Həqiqətdən halıyam mən,
Haq divana gəlmişəm.
Bu ellərin çəngavəri,
Mahmud ağa, Mahmud ağa.
Qabağında diz çökübdür,
Yüzlərlə qaxtağan dığa.
İgidlərə bəli dedim,
Canım ona sadağa.
Dastan deyib ərənlərə
Toy - nişana gəlmişəm.
Aşıq Şenlik adı gələndə,
Məclislərə nur yağır.
Nəsib meydana girəndə,
Çoxları olur fağır.
Bura saqi məclisidir,
Məhəmmədi də çağır.
Matahım həmin matahdı,
Sözlü xana gəlmişəm.
Bu mollaya mən nə deyim,
Sınayır öz baxtını.
Sübh namazı qanad çalıb,
Gözləyir yas vaxtını.
Dirilərdən xərac alıb,
Doldurur daş taxtını.
Bu zalımın zülümündən,
Bezif cana gəlmişəm.
İncitmə Aşıq Heydərı,
Qorx cəhənnəm odunnan.
Molla Dursun, sən şeytansan,
Danışma haq adınnan.
Mən atlıyam, piyadasan,
Çıxmasın bu yadınnan.
Süvar olub səmənd ata,
Qağızmana gəlmişəm.