Gəlmişəm (Eşitdim sədanı, a minagərdən)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Gəlmişəm (Eşitdim sədanı, a minagərdən) Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
Eşitdim sədanı, a minagərdən,
Gecə-gündüz uça-uça gəlmişəm.
Şəkər dodaqlardan balı əmməyə,
Sayma məni belə, qoca gəlmişəm.
Neçə günlük yolu qəsd edib cana,
Soyuqda, çovğunda mən dona-dona.
Tamaşa qılmağa bala ceyrana,
Ay, ay qabaq, boyu uca, gəlmişəm.
Xəbər bildim, aşıqlarla yağısan,
Məmmədhüseynin bağçasısan, bağısan.
Söylə görüm bu meydana hazırsan?
Səndən bac almağa, baca gəlmişəm.