Gəlsin (Şahablı Aşıq Cəlil)
Görünüş
| Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
| Gəlsin (1919) Müəllif: Şahablı Aşıq Cəlil |
| Mənbə: Ziyəddin Məhərrəmov. "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, "Nurlan", 2010. |
...Vedinin dağları batıbdı yasa,
Daşnaqlar istəyir Vedini basa.
Bir məktub yazmışam o xan Abbasa,
Yazmışam, durmasın, haraya gəlsin,
Yağı salıb bizi araya, gəlsin!
Çat haraya, bəyim, nicat günüdü,
Vedinin davası, qeyrət günüdür!...